ABŞ səfiri Rusiyanı TƏRK ETDİbackend

ABŞ səfiri Rusiyanı TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkilinin Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

NOCOMMENT.az publika.az-a istinadla xəbər verir ki, Ryabkov ABŞ səfiri Lin Treysinin Rusiyanı müvəqqəti tərk etdiyini açıqlayıb.

“Bəli, bildiyimizə görə, səfir Treysi müəyyən müddətə Rusiyanı tərk edib. Səfirlərin dəvət olunması məsələsi nəhayət həll olunmamışdan müəyyən müddət əvvəl bu barədə bizə məlumat verildi”, – deyə Ryabkov bildirib.

Nazir müavininin sözlərinə görə, Putinin andiçmə mərasiminə dost olmayan ölkələrin nümayəndələrinin dəvət edilməsi “müəyyən siqnaldır”.