ABŞ: Türk xalqını təbrik edirikbackend

ABŞ: Türk xalqını təbrik edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

NOCOMMENT.az xəbər verir ki, Kirbi Türkiyədə dünən keçirilən Prezident və 28-ci Dövr Parlament Seçkilərinin nəticələrini yaxından izlədiklərini ifadə edib.

“Tələblərini sülh yolu ilə qutuda əks etdirən türk xalqını təbrik edirik” deyə Kirbi qeyd edib.

“Prezident Bayden qalib kim olursa olsun həmin şəxslə işləməyi səbirsizliklə gözləyir” deyən Kirbi türk xalqının seçkilərə gedərək vətəndaşlıq borcunu ciddiyə aldığını vurğulayıb.

NOCOMMENT.AZ