ABŞ Türkiyəyə F-16 satışını təsdiqləyibbackend

ABŞ Türkiyəyə F-16 satışını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

NOCOMMENT xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada bildirilib:  “Xarici İşlər Nazirliyi F-16-ların alınması və modernləşdirilməsini və Türkiyə Respublikasına təxminən 23 milyard dollar dəyərində müvafiq avadanlıqların satışını təsdiqləyən qərar qəbul edib”

F-16-ların Türkiyəyə satışının NATO-nun təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətli olduğu vurğulanıb və 40 yeni F-16 döyüş təyyarəsi və 79 F-16 modernizasiya dəsti ilə əlaqədar avadanlıqların da satışa çıxarılacağı bildirilib.