ABŞ və İran arasında “diplomatik nəfəslik”: Atəşkəs uzadılırbackend

ABŞ və İran arasında “diplomatik nəfəslik”: Atəşkəs uzadılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında atəşkəs rejiminin müddəti daha iki həftə uzadıla bilər.

Regional rəsmilər bildiriblər ki, vasitəçilər aprelin 22-də başa çatacaq atəşkəsin müddətini diplomatik danışıqlara daha bir şans vermək üçün ən azı iki həftə artırmağa çalışırlar. Mənbələrin iddiasına görə, hər iki tərəf atəşkəsin uzadılmasına dair “prinsipial razılıq” verib.

NOCOMMENT.az xəbər verir ki, rəsmi şəxslərdən biri vasitəçilərin hazırda üç əsas mübahisəli məsələ — nüvə proqramı, Hörmüz boğazı və dəymiş ziyana görə təzminat üzrə kompromis variant üzərində işlədiklərini qeyd edib. AP agentliyinin yaydığı bu məlumat regionda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az