NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Ştatlar və İsrail Fələstin anklavından 50 girovun azad edilməsinə dair razılaşma çərçivəsində Qəzza zolağı üzərində hər gün altı saatlıq pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarını dayandıracaq. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer CNN telekanalına müsahibəsində məlumat verib.
“ABŞ hərbçiləri hazırda İsrailə girovları tapmaq sahəsində dəstəkləmək üçün Qəzza üzərində müşahidə pilotsuz təyyarələri uçurdurlar”,- Con Finer bildirib.
ABŞ rəsmiləri bildiriblər ki, toplanan kəşfiyyat məlumatları heç bir əməliyyat üçün istifadə edilmir.