ABŞ və Kanadada 500-dən artıq insan öldü – SƏBƏBbackend

ABŞ və Kanadada 500-dən artıq insan öldü – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Amerika qitəsində anomal istilərə görə 500-dən çox insan ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CBC kanalı xəbər verib.

Məlumata görə, Kanadanın Britaniya Kolumbiyasında son beş gündə azı 486 itki qeydə alınıb. Ölənlərin çoxunun yaşlı olduqları və tək yaşadıqları vurğulanıb.

Təcili yardım və səhiyyə sistemi bu qədər ölüm üçün hazır olmadıqlarından hərəkətləri sürətləndirmək və koordinasiya etmək bir az vaxt alıb.

Meteoroloqların bildirdiyinə görə, Kanadanın Litton şəhərində havanın temperaturu 49,5 dərəcəyə qədər yüksəlib. Bu, 80 ildə ilk belə temperaturdur: sonuncu dəfə 1941-ci ildə 44,4 dərəcə temperatur qeydə alınıb.

Kanadanın bəzi bölgələrində 40-45 dərəcə isti həftənin sonuna qədər davam edəcək.

ABŞ-ın Oregon ştatında azı 63 nəfər isti havanın qurbanı olub.

Maltnom dairəsində isə 45 adam vəfat edib.
Oxu.az