ABŞ və Ukrayna əks-hücumla bağlı əlaqədədir – Kirbibackend

ABŞ və Ukrayna əks-hücumla bağlı əlaqədədir – Kirbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna bu yay əks-hücum əməliyyatına başlamağa hazırlaşır”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi CNN-ə bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev tezliklə çatdırılacaq daha çox silaha arxalana bilər.

“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Biz yay aylarında Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik, o cümlədən çox yaxın gələcəkdə”, – Kirbi deyib.

Daha konkret tarixlərlə bağlı suala rəsmi cavab belə olub ki, ABŞ və Ukrayna əks-hücumla bağlı planlaşdırmanın əvvəlindən əlaqədədir.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.