Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşdübackend

Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu ilə təcridxanada görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat yayıb. O bildirib ki, həkimin sözlərinə görə, atasının vəziyyəti kritikdir və qan təzyiqi 80-60-a düşüb: “Oturub-qalxanda başgicəllənmələri olduğunu, özünü çox halsız hiss etdiyini deyib. O qədər arıqlayıb ki, son aclıqda belə heç bu qədər arıqlamamışdı. Həkim qeyd edir ki, Tofiq Yaqublu dərhal xəstəxanaya köçürülməsə, hər an səhhətində geridönməz hal baş verəcək”.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.