Afina Türkiyə ilə yeni bir başlanğıc istəyirbackend

Afina Türkiyə ilə yeni bir başlanğıc istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın “Kathimerini” qəzetindəki məqalədə “Afinanın Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşdırılması üçün konkret diplomatik addımlar atmaq arzusunda olduğu” qeyd edilib. Məqalədə iki ölkə liderlərinin seçkilərdən sonra NATO-nun toplantısında görüş keçirəcəyi təklif edilib.

NOCOMMENT xəbər verir ki, Yunan mətbuatı mayın 28-də keçiriləcək prezident seçkilərini diqqətlə izləyir.

Kathimerini qəzeti Türkiyə-Yunanıstan münasibətlərinin gələcəyi ilə bağlı diqqətçəkən məqalə dərc edib.

Məlumata görə, Yunanıstan Ərdoğanın bazar günü yenidən prezident seçilməsini müəyyən hesab edir.

Afina indi iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atmaq istəyir.