Ağrı Müalicə Mərkəzində həyata keçirilən kök hüceyrə proseduru nə ilə fərqlənir? – ALQOLOQ VÜSAL EYVAZOV AÇIQLADIbackend

Ağrı Müalicə Mərkəzində həyata keçirilən kök hüceyrə proseduru nə ilə fərqlənir? – ALQOLOQ VÜSAL EYVAZOV AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər oynaq ağrılarından-Artroz, avaskulyar nekroz xəstəliyindən əziyyət çəkirsinizsə, süni oynaq əməliyyatına getməmişdən əvvəl sizə oynaqların yenidən bərpası üçün kök hüceyrə proseduru da məsləhət görülə bilər. Bəs kök hüceyrə müalicə metodunu seçəcəksinizsə, nələrə diqqət etməlisiniz?

Bu haqda NOCOMMENT.AZ saytına ağrı həkimi Dr. Vüsal Eyvazov kök hüceyrə proseduru zamanı nələrə diqqət edilməli? Kök hüceyrə proseduru hansı şəraitdə həyata keçirilməli və Ağrı Müalicə Mərkəzində həyata keçirilən kök hüceyrə prosedurunun nə ilə fərqlənməsilə bağlı açıqlama verdi.

Alqoloq Vüsal Eyvazov: “SVF-yəni Stromal Fraksyon, ya da başqa deyimlə yağdan  əldə edilən kök hüceyrə inkişaf edən tibbin önəmli bir məhsuludur. Ancaq bu müalicə metodu həyata keçirilərkən xəstə güvənliyinin ən vacib məqam olduğu unudulmamalıdır.

Bu məsələ ABŞ və Avropada 2001-ci ildən sonra çox yayılmış və 5 il əvvələ qədər müxtəlif yerlərdə 800-dən çox kök hüceyrə laboratoriyaları yaradılmışdır. Ancaq bu laboratoriyalar nəzarətsiz və standartlara cavab vermədiyi üçün FDA (Food and Drug Administration) (Red: FDA  ABŞ-da Qida və Dərman idarəsidir) onların fəaliyyətinə icazə vermədi. FDA-nın bu qərarəna səbəb bu laboratoriyaların səbəb olduğu yüksək risk və əlverişsiz şəarit idi. Bu laboratoriyalarda əldə edilən kök hüceyrələr həm gözlənilən nəticəni vermirdi, həm də ən xırda bir səhf zamanı insan sağlığını risk altına ata bilərdi.

FDA kök hüceyrəni “human cells, tissues, and cellular and tissue-based products (HCT/Ps)” olaraq adlandırmış, 3 risk qrupuna ayırmış və bu müalicə metodu üçün şərtləri müəyyənləşdirmişdi. Qısaca, əgər kök hüceyrələri enzim-ferment istifadə edərək işlənilirsə, bu məhsul yüksək risk qrupudur. Bunu həyata keçirən laboratoriya GMP qaydalarına əməl etməli və GMP (Good Manufacturing Practices) sənədi olmalıdır. Bu laboratoriya “clean room” – yəni təmiz otaq şərtlərinə cavab verməlidir. Bu laboratoriya əməliyyatxanada alınan piy toxumalarının çirklənmədən gəldiyini, lazımi prosedurlardan keçdiyini və xəstəyə inyeksiya edilməmişdən əvvəl 100 faiz təmiz olduğunu, içində kollagen qalmadığını, başqa bakteriya, virus, xarici bir cism bulaşmadığını sübut etməli və sertifikatlaşdırılmalıdır.

Bundan əlavə verilən hüceyrələrin viability-yəni canlılığını, bir sözlə edilən enzim parçalanması nəticəsində yaşayan hüceyrə əldə edildiyini rəsmiləşdirməlidir. Aparılan araşdırmalar zamanı enzim-ferment istifadəsi nəticəsində enzimlə işlənən və əldə edilən hər hüceyrədən 98%-nin yaşamadığı, ya da ilk 24 saat içində öldükləri aşkar edilmişdir. Əgər bir laboratoriya bu qaydalara əməl edə bilirsə, problem yoxdur. Ancaq xəstənin yağ hüceyrələrini alıb nə olduğu bilinməyən bir prosedurdan keçirib, xəstəyə yenidən inyeksiya edilirsə, bu xəstənin sağlığını risk altına almaqdır.

Bizim həyata keçirdiyimiz kök hüceyrə proseduru FDA tərəfindən kateqoriya 1 və kateqoriya 2 section 361 olaraq adlandırılan risksiz prosedurlar qrupundadır. Mystem prosesi üçün xəstənin yağı və ya piy toxumaları əməliyyatxanadan kənara çıxarılmamalıdır. Əməliyyatxanalar hepa filtrləri və təhlükəsizlik qaydaları olan “clean room” yəni təmiz otaq sayılırlar. Xəstəyə aid toxuma yağ xəstənin güvənliyi üçün heç bir səbəblə bu təmiz bölgədən kənara çıxarılmamalıdır. Normal şərtlərdə xəstədən qan alıb laboratoriyaya göndərilir amma o qan təkrar xəsətəyə inyeksiya edilmir.

Kök hüceyrə laboratoriyası daha çox diqqət, sterilizə olunmalıdır. Kök hüceyrə laboratoriyası normal laboratoriya kimi düşünülməməlidir. Mystem prosesi hüceyrələri parçalayan enzim-ferment istifadəsinə imkan vermir. Enzimatik həzm kimi adlandırılan prosesdə “collagenese enzyme”lər alınan yağ hüceyrələrinə təsir edərək yağ hüceyrə stromal quruluşunu parçalayarlar. Bu prosesdə vaxt və istilik dərəcəsi çox vacibdir. Düzgün idarə edilməsə, kök hüceyrələr zərər görə bilərlər. Ən vacibi isə xəstədən alınan yağ toxumasına əlavə edilən collagenese enzim təmizlənmədən kök hüceyrələr təkrar xəstəyə inyeksiya edilərsə, bu enzimlər bədəndə digər hüceyrələri də parçalamağa başlayacaqdır. Bu da böyük bir riskdir. Mystemdə enzim yoxdur.

Özünəməxsus seçici filtrlər və santrifüj ayırma ilə Amerikada patently “fresh isolated” təzə hüceyrə izolyasiyası metodu istifadə edilir. Bizim kök hüceyrə əldə etdiyimiz metod kök hüceyrəni ən sağlam, təmiz və saf, hüceyrə canlılığına zəmanət verən bir metodur. Bu cihaz bütün dünyada kök hüceyrə müalicəsi gözləyən xəstələrə ümid olan yeni nəsil müalicə cihazıdır. Bizim həyata keçdirdiyimiz kök hüceyrə prosedurunda hüceyrə canlılığı 99.9%-dir. Çünki alınan hüceyrələri filtrləyib həmin xəstəyə inyeksiya edirik. Hüceyrələr əməliyyatxanadan kənara çıxmadan 30 dəqiqə içində ayrılır, filtrilənir-seçilir. Bu yöntəm çox səmərəlidir. Alınan hər qram yağdan 720.000 hüceyrə ayrılır. Əgər xəstədən 100 qram yağ alırıqsa, 72 milyon yaşayan kök hüceyrə – progetitor hüceyrəni ayırıb 45 dəqiqə içində xəstəyə inyeksiya edə bilirik. Bu barədə “american journal of plastic surgeons”-da araşdırmalar yayımlanmışdır. İstəyən internetdən araşdırıb, oxuya bilər”