Aİ enerji böhranı ilə bağlı təcili tədbirləri dayandırırbackend

Aİ enerji böhranı ilə bağlı təcili tədbirləri dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası ötən il enerji böhranı ilə əlaqədar həyata keçirilən elektrik enerjisinə tələbatın azaldılması və elektrik enerjisi istehsal edən şirkətlərin gəlirlərinin məhdudlaşdırılması kimi tədbirlərin ləğv ediləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Aİ Komissiyası yüksək enerji qiymətləri ilə bağlı fövqəladə halların nəzərdən keçirilməsi üçün hazırlanmış hesabatı dərc edib və Avropa Şurasına göndərib.

Hesabatda enerji bazarı üçün elektrik enerjisinə tələbatın azaldılması, enerji istehsalçılarının gəlirlərinə məhdudiyyət qoyulması və elektrik enerjisinin pərakəndə satış qiymətlərinin müəyyən edilməsi kimi qaydalar Avropa enerji bazarlarının rahatlaşmasına töhfə verildiyi qeyd olunub.

NOCOMMENT.AZ