Aİ Ukraynaya qoşun göndərmək üçün koalisiya yarada bilərbackend

Aİ Ukraynaya qoşun göndərmək üçün koalisiya yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münaqişə başa çatdıqdan sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı Aİ ölkələri arasında konsensus yoxdur, ona görə də bu məsələnin həlli üçün bir neçə dövlətin koalisiyasının yaradılması variantı nəzərdən keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, Avropa İttifaqı NATO-dan asılı olmayan, Kiyevlə ikitərəfli razılaşma əsasında “hərəkət etməkdə çox qərarlı” olan 5-8 ölkədən ibarət koalisiya yarada bilər.

Nəşrin məlumatına görə, Britaniya və Fransa artıq Ukraynaya əsgər göndərmək imkanını müzakirə ediblər. Bundan başqa, Kiyev bu məsələni Baltikyanı və Skandinaviya ölkələri qarşısında qaldırıb, mətndə deyilir.

Bundan əvvəl Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bəyan etmişdi ki, Kiyev ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.