Aleksey Navalnı öldü – Son dəqiqəbackend

Aleksey Navalnı öldü – Son dəqiqə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.

“Bu il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri reanimasiya tədbirləri görülüb, lakin müsbət nəticə verməyib. Təcili yardımın həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır”, – məlumatda deyilir.