Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmişbackend

Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayətin işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verib. O bildirib ki, Elnur Mövlamovu əməliyyat-axtarış tədbirləri nəticəsində tutublar.

E.Mövlamov polisin dediklərinə irad bildirib.

Polis əməkdaşı söyləyib ki, təqsirləndirilən şəxsə xəsarət yetirilməyib: “Hətta tutulanda özü mənə dedi ki, 3-4 gün əvvəl qumar oynayıb. Orada dava düşüb və xəsarət alıb”.

E.Mövlamov isə təkidlə hakimdən əməliyyat çəkilişinə baxılmasını və orada xəsarət aldığını deyib.

Proses zamanı məlum olub ki, E.Mövlamov Alim Qasımovun evindən oğurladığı pul və qızılları İsmayıllıda Basqal kəndində gizlədibmiş. Orada 2 600 dollar və 5 min manat pul olub. Əməliyyat zamanı həmin pullar tapılıb. E.Mövlamov oğurladığı qızılları da özü polisə təqdim edib.

Növbəti iclas sentyabrın 7-ə təyin olunub.