Almaniya qaçqınları daha asan qəbul edəcək – YENİ QANUNbackend

Almaniya qaçqınları daha asan qəbul edəcək – YENİ QANUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşçi çatışmazlığı olan Almaniyada əcnəbilərin ölkəyə gəlməsini asanlaşdıracaq tənzimləmə parlamentdən keçib.

NOCOMMENT xəbər verir ki, hakim koalisiyanın dəstəklədiyi “Bacarıqlı İşçi İmmiqrasiya Qanunu” 234 “xeyr” və 31 “bitərəf” səsinə qarşı 388 “Bəli” ilə qəbul edilib. Keçmiş kansler Angela Merkelin müxalifət partiyası olan “Xristian Birliyi” və sağçı populist “Almaniya üçün Alternativ” (AfD) tənzimləmənin əleyhinə səs verib. Qanunu hazırlayan koalisiya hökuməti bürokratik maneələrə görə Almaniyaya gəlməkdə tərəddüd edən ixtisaslı işçi qüvvəsini cəlb etmək istəyir.