Almaniyada məsciddə yanğın törədilibbackend

Almaniyada məsciddə yanğın törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Drezden şəhərindəki Fatih məscidinin yandırılmaq istəndiyi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, polis 34 yaşlı İran əsilli bir nəfərin Türk-İslam Dini İşlər Birliyinə bağlı Fatih məscidinə girərək dini kitabların saxlandığı rəfə tez alışan material tökərək yandırmağa çalışdığını bildirib.

Şübhəlinin evində saxlanıldığı, ötən ay da həmin məsciddə Quran yandırdığı bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dağıntıların olduğu bildirilir.

Prokurorluq istintaqın davam etdiyini bildirib.

NOCOMMENT.AZ