Almaniyadan İsrailə reaksiya: Öhdəlikləri yerinə yetirməyə çağırırıqbackend

Almaniyadan İsrailə reaksiya: Öhdəlikləri yerinə yetirməyə çağırırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti İsraili beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger İsrail qüvvələrinin Fələstin məktəbini sökməsi səbəbiylə Berlində  açıqlama verib.

“Sülh prosesində məktəblər dağıdıldığında, təhsil haqqı əngəllənir. Biz bundan kökündən narahatıq”.

O, məktəbin uçması səbəbindən şagirdlərin məktəbə getmək üçün uzun və çətin yollar qət etməli olduqlarını bildirib.

“Biz İsraili beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırırıq və İsrail hökuməti qarşısında mütəmadi olaraq qondarma hədəf ərazilərin məhv edilməsi məsələsini qaldırırıq. Ərazidəki nümayəndəliklərimizin şəxsi heyəti də vəziyyəti çox diqqətlə izləyir. Ramallahdakı əlaqə ofisimizin əməkdaşları vəziyyəti yerində görmək üçün sonuncu dəfə aprelin 26-da ərazidə olublar”.

NOCOMMENT.AZ