Almaniyadan Türkiyəyə tərif: Ərdoğanın diplomatik səyləri önəmlidirbackend

Almaniyadan Türkiyəyə tərif: Ərdoğanın diplomatik səyləri önəmlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Ukraynaya təhvil verməsi ilə öhdəsindən gələn Leopard 2 tank böhranı sona çatmaq üzrəykən, Sosial Demokrat Partiyasından diqqətçəkən bir açıqlama gəldi.

NOCOMMENT xəbər verir ki, SPD Bundestaq Qrupunun sədri Rolf Mützenich Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin çox əhəmiyyətli olduğunu bildirib.

Putinin məqsədlərinə çatmaması lazım olduğunu deyən Mützeniç açıqlamasında bu ifadələrdən istifadə edib:

“Putin məqsədinə çata bilməməlidir. Rusiyanın Ukraynada apardığı müharibəyə son qoymaq üçün dialoq yolları bağlanmamalıdır. Biz bütün qəlbimizlə, ağlımızla sülh partiyasıyıq. Müharibə dövründə Ukraynada müharibəni necə bitirmək, addım-addım sülhə necə nail olmaq və ya heç olmasa atəşkəsə necə nail olmaq barədə düşünmək lazımdır. Təəssüf ki, indiki şəraitdə, məncə, biz bundan uzağıq. Rusiyaya çox açıq şəkildə bildirilməlidir ki, bu müharibədə qalib gələ bilməz. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bu səbəbdən Almaniya müttəfiqləri ilə birlikdə hərəkət edərək Kiyevə silah göndərdi.