Almaniyaya TIR-ın yük yerində keçən azərbaycanlılar saxlanılıblarbackend

Almaniyaya TIR-ın yük yerində keçən azərbaycanlılar saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az report-a istinadla xəbər verir ki, 29 və 36 yaşlı azərbaycanlı qadın və həyat yoldaşı Türkiyə şirkətlərindən birinə aid TIR-ın yük yerində Çexiyadan Almaniyaya keçərkən federal Almaniya polisi tərəfindən yoxlama zamanı saxlanılıblar.

TIR-ın yük yerində azərbaycanlılardan başqa iki Əfqanıstan və bir Suriya vətəndaşı da olub. Kimlik yoxlaması azərbaycanlıların üzərindən Türkiyə Cumhuriyyətinə aid şəxsiyyət vəsiqəsi və pasport çıxıb.

Saxlanılan şəxslər əraziyə gələn miqrasiya idarəsinin əməkdaşlarına təhvil veriliblər. Onların Almaniyaya qanunsuz giriş səbəbləri öyrənildikdən sonra idarə məhkəməsinin müvafiq qərarı ilə ölkədən deportasiya edilmələri gözlənilir.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar ayından indiyə kimi təkcə sərhəd yoxlamaları zamanı Almaniyaya qanunsuz yollarla girməyə çalışan üç minə yaxın əcnəbi saxlanılıb. Onların əksəriyyəti sürətli deportasiya proseduru ilə ölkələrinə qaytarılıblar.