Altıağacda yanğının söndürülməsinə iki helikopter cəlb olundubackend

Altıağacda yanğının söndürülməsinə iki helikopter cəlb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altıağac Milli Parkındakı yanğının söndürülməsinə iki helikopteri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.