Amerikalı milyarder kimə səs verəcəyini açıqlayıbbackend

Amerikalı milyarder kimə səs verəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı sahibkar İlon Mask artıq Demokratlar Partiyasını dəstəkləməyəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

“Bir neçə il öncə 100 faiz demokratlara səs verirdim. İndi düşünürəm ki, bizə qırmızı dalğa lazımdır, yoxsa Amerika sona çatacaq”, – deyə Mask bildirib.

Qeyd olunur ki, qırmızı Respublikaçılar Partiyasının, mavi isə Demokratlar Partiyasının rəngidir, mavi və qırmızı dalğalar seçkidə hansı partiyanın öndə getdiyini təsvir etmək üçün istifadə olunur.