Analıq məzuniyyətinin müddəti niyə artırılmalıdır?backend

Analıq məzuniyyətinin müddəti niyə artırılmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qanunlarını beynəlxalq standartlara uyğunlaşdırmaq əsas vəzifələrdən biridir”.

NOCOMMENT.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla hamiləliyə və doğuşa görə əmək məzuniyyətinin artırılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

Professorun sözlərinə görə, ölkənin həm iqtisadiyyat, həm də ictimai həyatının bütün sahələrini beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır:

“Bu, bizim Qərb iqtisadiyyatına keçidimizin labüd elementlərindən sayılır. Biz həmin standartları mənimsəməliyik. Belə olan təqdirdə, hamiləliyə və doğuşa görə əmək məzuniyyətinin artırılması ilə bağlı təklifi müsbət hal kimi sayıram”.

Qadınların işə vaxtından əvvəl çıxmasına gəlincə isə Adil Qeybulla hesab edir ki, bu seçimi onların öz ixtiyarına vermək lazımdır:

“Bu məsələyə fərdi yanaşılmalıdır, hansısa formada qadınların öz ixtiyarına verilə bilər. Digər tərəfdən isə qanunvericilikdə nəzərdə tutulmalıdır ki, qadınlar verilən imkandan istifadə edib yaralana bilsinlər”.

Bundan əvvəl Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təklif edib ki, hamiləliyə və doğuşa görə əmək məzuniyyəti artırılsın. O, 126 gün mövcud qanunvericiliyin 140 günə çatdırılmasını bildirib. Bundan əlavə komitə sədri patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da yenidən baxılacağını qeyd edib.