Anar Tağıyev MMC rəhbərini müdir təyin edib – Tenderləri də bu şirkət udurbackend

Anar Tağıyev MMC rəhbərini müdir təyin edib – Tenderləri də bu şirkət udur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şirkət rəhbərini müdir təyin edib. 
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,müvafiq əmrlə Məmtiyev Raquf Rəhim oğlu İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi təyin edilib. 
Qeyd edək ki, Raquf Məmtiyev “Təmir-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi, baş direktoru olub. O, şirkətini 2021-ci ilin yanvar ayının 15-də öz yaxını Hacıyev Elnur İsa oğlunun adına keçirib. 
Baş mühasib öz şirkətini Yevlaxda qiyməti yarım milyondan çox tenderlərin qalibi etməyi bacarır. Təkcə 18.07.2023-cü ildə İcra Hakimiyyətinin şəhərdə yolların əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi 541.472,25 AZN-lik tenderin qalibi olub. Qurum Yevlaxda 2022-ci ildə toplam maliyyə dəyəri 642 390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. 
Xatırladaq ki, Rauf Məmtiyev uzun illər Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin müdiri olub.