Anomal istilər – Yüzlərlə insan həyatını itirdibackend

Anomal istilər – Yüzlərlə insan həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malidə son həftələrdə davam edən anomal istilər təkcə paytaxt Bamakoda 100-dən çox insanın ölümünə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi məlumatına görə, istidən ölənlərin ümumi sayı 250 nəfərə çatıb.

O da bildirilib ki, ən yüksək temperatur ölkənin cənub-qərbində qeydə alınıb. Burada havanın hərarəti 48,5 dərəcə təşkil edib. Bu isə Afrika regionu tarixində aprel ayı üçün qeydə alınan ən yüksək göstəricidir. Meteoroloqlar bunu normadan artıq isti hava kütləsinin regiona daxil olması ilə əlaqələndirirlər.

Qeyd olunur ki, bu hal iyuladək davam edəcək. Sonra isə temperatur tədricən enməyə başlayacaq.