ANS ÇM fəaliyyətə başladı – “Youtube”-dabackend

ANS ÇM fəaliyyətə başladı – “Youtube”-da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur TV və radio jurnalistləri, ANS şirkətlər qrupunun qurucuları, qardaşlar Vahid və Seyfulla Mustafayevlər yeni bir layihə yaradıblar. Qardaşlar “Youtube”da yayımlanan videoda Çingiz Mustafayev adına ANS-in fəaliyyətini bərpa ediblər.

NOCOMMENT.az xəbər verir ki, İnternet kanalının yaradılması görkəmli azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi ilə əlaqədardır.

Xatırladaq ki, 2015-ci ilə qədər Çingiz Mustafayev adına ANS radiosu 102 FM radio dalğasında fəaliyyət göstərib. Və bu gün, 25 avqust, ANS “Youtube”da radio kanalının yenidən fəaliyyətə başladığını elan edib. “Biz bütün ölkə ilə birgə internet yayıma keçdik. İnanıram ki, internetdə geniş auditoriyaya sahib olacağıq. İşləyəcək”, – deyə virtualaz.org-a açıqlamasında Vahid Mustafayev bildirib.

Virtualaz.org saytının redaksiya heyəti Mustafayev qardaşlarını və ANS komandasını yeni layihəsi münasibətilə təbrik edir, həmkarlarına internet sahəsində uğurlar arzulayır.