Elnur Kələntərov “YouTube”un rəsmi partnyor holdinqinin idarə heyətinə üzv təyin olundu – FOTObackend

Elnur Kələntərov “YouTube”un rəsmi partnyor holdinqinin idarə heyətinə üzv təyin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YouTube” və “Google”un rəsmi partnyoru olan Türkiyənin dünyaca məşhur “Wediacorp Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinə həmyerlimiz Elnur Kələntərov üzv təyin olunub. O bu günədək “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının Proqramlar üzrə direktoru olmaqla bərabər həm də, “Wediacorp”un Azərbaycanda tamhüquqlu partnyoru və təmsilçisi sayılan “WediaAZE” şirkətinə rəhbərlik edib. https://wediacorp.com/corporate/

NOCOMMENT.az xəbər verir ki, “YouTube”un ən çox Məzmun İdarəetmə Sisteminə (Content Management System) malik olan “Wediacorp” həm də “Facebook”, “Instagram”, “TikTok”, “DailyMotion”, “Netflix” kimi dünya nəhəngləri ilə rəsmi tərəfdaşdır və bu platformalarda məzmun istehsal edən müştərilərinin hüquqlarının qorunmasını, kontent idarəçiliyini həyata keçirir.

“YouTube”da şirkətə məxsus 350-ə yaxın kanal mövcuddur ki, bunların ümumi baxış sayı 45 milyarda yaxındır. Ümumilikdə, “Wediacorp” brendi altında olan kontentlərdə 300 milyon bəyənmə və 100 milyona yaxın şərh mövcuddur. Şirkət Azərbaycanla bərabər Rusiya, Hindistan, Almaniya, ABŞ, Vyetnam və digər ölkələrdə istehsalçılarla çalışır. Həmçinin, “Netflix”, “Free TV”, “Mobile TV”, “CJ Entertaiment”in partnyoru qismində dünyaca məşhur film və serialların satışı, alışı, kinoteatrlar və rəqəmsal şəbəkələrdə yayımı ilə məşğuldur.

Türkiyədə və Azərbaycanda 200-dən artıq müğənni və bəstəkarın əsərlərinin “Apple Music”, “Spotyfy”, “Amazon Music”, “Deezer”, ümumilikdə 160-dan çox musiqi platformalarında hüquqlarını qoruyur.

Azərbaycanda “WediaAZE” şirkətinin tərəfdaşı olan “Wediacorp” həmçinin, Dövlət Turizm Agentliyi, Xəzər TV, ARB TV, CBC Sport və digər qurumların rəsmi kanallarını lisenziyalaşdırmaqla bərabər həm də Azərbaycanda rəsmi xidmət göstərmək üçün “YouTube” tərəfindən verilmiş hüquqa malik yeganə şirkətdir.

Təsisçisi və baş direktoru Funda Demir Şən olan “Wediacorp Holdinq” Türkiyənin Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri, TRT, “Trendyol” və digər dövlət qurumları, dünya markalarının bütün sosial şəbəkə hesablarında rəqəmsal hüquqlarının sahibidir.