Antalyadakı qəzada yaralı rusların sayı ARTDIbackend

Antalyadakı qəzada yaralı rusların sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada qəza nəticəsində yaralanan rusiyalı qadınlardan biri əməliyyat olunub, Rusiyadan gələn turistlərin qalan hissəsi tətilə davam edir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Antalyadakı Baş Konsulluğundan məlumat verilib.

“Oktyabrın 20-də Antalya vilayətinin Manavqat şəhəri yaxınlığında rusiyalı turistlərin xəsarət alması ilə nəticələnən qəza baş verib.Rusların getdiyi mikroavtobus yolun kənarında dayanmış avtomobillə toqquşub. 5 vətəndaşımız tibbi yardım üçün müraciət edib, bir rusiyalı əməliyyat olunub, qalanları müalicə olunduqdan sonra məzuniyyətlərini davam etdiriblər”, – diplomatlar bildiriblər.