Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib.
NOCOMMENT xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən 70 yaşında dünyasını dəyişib.
Bildirilib ki, A.Əlizadə bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.