“Araz Karqo” lisenziyasız fəaliyyət göstərib? – Şirkətə qarşı ittihambackend

“Araz Karqo” lisenziyasız fəaliyyət göstərib? – Şirkətə qarşı ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karqo sahəsində əsas oyunçulardan olan “Araz Karqo” MMC iqtisadi fəaliyyət əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci (Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati iş başlanıb.

İşə Xətai Rayon Məhkəməsində baxılacaq.

398-ci maddədə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur.