Arutyunyan: Rus sərhədçilər gəldi, Bakı ilə razılaşdıqbackend

Arutyunyan: Rus sərhədçilər gəldi, Bakı ilə razılaşdıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi ucbatından ölkənin suverenliyinin itirilməsi haqqında iddialar doğru deyil.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.

“Suverenliyin itirilməsindən yalnız təhlükəsizlik təmin olunmadığı zaman bəhs etmək olar. Bu gün atılan addımlar dövlətin təhlükəsizliyini və suverenliyini gücləndirir”, – deyə o bildirib.

Arutyunyan Rusiya ilə razılaşma əsasında rus sərhədçilərin Gorus-Qafan avtomobil yolunun bir hissəsinə yerləşdiyini deyib. O, Azərbaycanla razılaşma əldə olunduğunu və buna əsasən, yolla sərhədçilər arasında heç bir ordu bölməsinin olmayacağını bildirib.