Aslan İsmayılovdan TƏBİB rəhbərinə sərt sözlərbackend

Aslan İsmayılovdan TƏBİB rəhbərinə sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İTV-yə müsahibəsində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib ki, ölkəmizdə Qafqazın ən böyük reabilitasiya-terapiya mərkəzinin açılması nəzərdə tutulur”.

NOCOMMENT.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında yazıb. O, fikirlərini belə davam edib:

“Onsuz da tək Qafqazın yox, həm də dünyanın ən böyük, ən analoqsuz nəyi varsa Azərbaycandadır.

Tək Bakıda Diaqnostika Mərkəzi, Yeni Klinika da ən böyüklərdəndir.

V.Qurbanovdan xahiş edirəm ki, Azərbaycanda dünyanın ən böyük yox, ən kiçik müalicə müəssisəsi tikin ki, müalicə üçün kasıblarımız İrana, ortabablar Türkiyəyə, varlılar isə ABŞ və Avropaya getməsinlər”.