AŞPA Rusiyanı terrorçu dövlət kimi TANIDIbackend

AŞPA Rusiyanı terrorçu dövlət kimi TANIDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

NOCOMMENT.az xəbər verir ki, AŞPA-nın bu gün keçirilən iclasında bununla bağlı qətnamə qəbul edilib. Qətnamənin lehinə 99 nümayəndə səs verib.

Sənədə əsasən, Rusiya terrorçu dövlət kimi tanınıb.

Qətnamədə AŞPA tarixində ilk dəfə olaraq mülki əhalinin təhlükəsizliyini qorumaq üçün silaha və hava hücumundan müdafiə sisteminə ehtiyac olduğu qeyd edilib.

Sənəddə, həmçinin vurğulanıb ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında iştirakı legitim deyil.