Atdığımız bu addım Rusiya təhlükəsinə qarşıdırbackend

Atdığımız bu addım Rusiya təhlükəsinə qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Polşanın yanında olduğuna dair zəmanət verəcəyini bildirərək, bu ölkəyə əlavə hərbi dəstək göndərməyə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, İngiltərə bu addımı bölgə ölkələrini təhdid edən Rusiya təhlükəsinə qarşı atdıqlarını bildirib.

Rusiya və Ukrayna arasında davam edən müharibədə Moskvaya qarşı ən sərt mövqe tutan ölkələrdən biri də İngiltərədir. Hələ ruslar Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl Kiyevə dəstəyini bəyan edən və Kremli təhdid edən Boris Conson hökuməti Putini qəzəbləndirəcək daha bir addım atıb.

İngiltərə müdafiə naziri Ben Uolles bildirib ki, ölkəsi 100 hərbçi ilə yanaşı, Polşada “Sky Saber” raket sistemi yerləşdirəcək.

Nazir bu addımı Polşanın hava məkanını Rusiyanın növbəti hücumundan qorumaq üçün atdıqlarını deyib.

NATO Rusiyanın Ukraynaya müdaxiləsindən sonra şərq cinahının təhlükəsizliyini artırmaq üçün hərəkətə keçdiyini açıqlayıb.