ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edibbackend

ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Ann Linde özünün tviter hesabında paylaşım edib.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – deyə ATƏT sədri bildirib.