Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız varbackend

Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Anadolu” agentliyinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, o, qeyd edib ki, Ermənistan Azərbaycanla möhkəm sülh sazişi bağlamaq imkanına malikdir.

“Güman edirəm ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi, bizim xalqlarımız da sülhə layiqdirlər və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik”, – Mirzoyan deyib.

Ermənistan xarici işlər naziri qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş hələlik müəyyənləşməyib, Lakin tərəflər daimi əlaqə saxlamaqda davam edirlər.