ATƏT sədri Ukraynadakı münaqişəyə son qoymağa çağırıbbackend

ATƏT sədri Ukraynadakı münaqişəyə son qoymağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynadakı münaqişənin kollektiv təhlükəsizliyə mənfi təsirindən danışır və onun tezliklə sona çatmasının tərəfdarıdır.

NOCOMMENT.az “İnterfaks”a istinadla xəbər verir ki, o, bu barədə Astanada keçirdiyi mətbuat konfransında bildirib.

“Bütün ATƏT regionu çox çətin dövr və qeyri-müəyyənlik yaşayır, ona görə də bu müharibə başa çatmalıdır”, – Osmani bildirib.

Qeyd edək ki, Osmani Qazaxıstanda rəsmi səfərdədir.