Avropa İttifaqı müdafiə xərclərini artıracaqbackend

Avropa İttifaqı müdafiə xərclərini artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.

“Müdafiə hazırlığının artırılması üzv dövlətlərdən əlavə səylər tələb edəcək, xüsusən (…) müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq, birlikdə daha səmərəli və tez investisiya etmək”, – deyə sənəddə deyilir.

Avropa Şurası Aİ Şurasına və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.

Eyni zamanda Avropa İnvestisiya Bankı Aİ-nin müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.

Aİ-nın iki günlük sammiti cümə axşamı, martın 21-də Brüsseldə başlayıb. Tədbirin rəsmi gündəliyinə Avropa İttifaqının müdafiə qabiliyyətinin artırılması məsələləri, həmçinin Ukrayna və Yaxın Şərqdəki böhranlar daxildir.