Avropa səhmləri rekord səviyyəyə yüksəldibackend

Avropa səhmləri rekord səviyyəyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın əsas fond indeksi Stoxx 600 yeni rekorda imza atıb. Hazırda göstərici 495,8 bəndədək yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bloomberg analitiklərinin fikrincə, cümə axşamı günü kotirovkaların artmasına səbəb texnoloji nəhəng Nvidia-nın müsbət satış proqnozu olub və bu, bütün dünya üzrə investorların optimizmini dəstəkləyib.

2024-cü ilin əvvəlindən Stoxx 600 təxminən 65% artıb. Qazanclar əsasən dörd şirkət tərəfindən təmin edilib: Hollandiya çip avadanlığı istehsalçısı ASML, Danimarka dərman istehsalçısı Novo Nordisk, Alman proqram təminatı nəhəngi SAP və Fransız lüks mallar istehsalçısı LVMH.