Avstriyada casusluq işi üzrə keçmiş kəşfiyyat əməkdaşı həbs edilibbackend

Avstriyada casusluq işi üzrə keçmiş kəşfiyyat əməkdaşı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorizmlə Mübarizə üzrə Federal İdarəsinin (BVT – fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Moskva üçün casusluqda şübhəli bilinərək həbs edilib.

NOCOMMENT.az Avstriyanın ORF telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat katibi Nina Bussek məlumat verib.

Otto Vyana prokurorları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Avstriyanın zərərinə gizli kəşfiyyat xidmətlərindən istifadə ittihamı ilə istintaq altındadır.

Telekanalın qeyd etdiyi kimi, ona qarşı istintaq uzun illərdir ki, davam edir – o, həmçinin BVT zabiti kimi məxfi məlumatları yenidən satmaq üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Otto ilə yanaşı, onun keçmiş kürəkəni də həbs edilib və ona ortaq olmaqda ittiham olunur. BVT-nin keçmiş əməkdaşı Böyük Britaniyada Rusiya Federasiyasına casusluqda şübhəli bilinərək həbs edilmiş bir qrup Bolqarıstan vətəndaşına rəhbərlik edən Almaniyanın Wirecard şirkətinin keçmiş baş əməliyyat direktoru, avstriyalı iş adamı Yan Marsaleklə əlaqəlidir.