Avtobus zolağının ləğvi tıxac yaradır: “Yeni sistemə keçid vacibdir”backend

Avtobus zolağının ləğvi tıxac yaradır: “Yeni sistemə keçid vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bəzi yollarda, o cümlədən Moskva prospektindən “Şamaxinka” adlanan yaşayış məntəqəsi istiqamətində avtobus zolağının ləğvi sərnişinlərin rahat hərəkət etməsini çətinləşdirib. Maraqlıdır ki, avtobus zolağının ləğvindən sonra tıxaclar nəinki azalmayıb, əksinə bir qədər də artıb. 

Yeni vəziyyəti nəzərə alaraq avtobus zolaqlarının yenidən bərpası səmərəli ola bilərmi?

NOCOMMENT.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev  açıqlamasında bildirib ki, avtobus zolaqlarının tətbiqi və ya ləğvi dəyişən bir prosesdir.

O yollardakı vəziyyətə uyğun olaraq zolaqların yenidən tətbiqinin, yaxud bəzi yollarda ləğvinin mümkün olduğunu deyib:

“Müəyyən hissələrdə yeni avtobus zolağı çəkilə də bilər, ləğv də edilə bilər. Amma yaxın gələcək üçün Bakı şəhərinin üç dairəvi yol tikinti layihəsi tamamlanandan sonra düşünürəm ki, şəhərin giriş nöqtəsində “park and ride” (park et, səfərini ictimai nəqliyyatla davam et) kimi həllərin tətbiqinə ehtiyac var. Onlardan biri Koroğlu metrostansiyası ətrafında var. Amma şəhərin fərqli nöqtələrdində bunların qurulmasına ehtiyac olacaq. Şəhərin daxilinə ayrılmış avtobus zolağı şəbəkəsinin təşkili yönündə işlər artırılmalıdır. Çünki, insanlar daha sürətli, ictimai nəqliyyatın həm yerüstü, həm yeraltı növlərindən istifadə etməklə, mənzil başına daha sürətlə çatmasına zəmin yaradacaq”.

Ekspert əlavə edib ki, şəhərin müəyyən hissələrində, xüsusilə də giriş nöqtələrində, konkret olaraq desək, “Şamaxinka” adlanan ərazidə yenidənqurma işləri görülmüşdü:

“Müəyyən hissələrdə hərəkət yenidən təşkil edilmişdi. İkitərəfli küçə də hərəkət birtərəfli olub. Həmin ərazidə işıqforlar qurulub. Ona görə də, bu hissədə avtobus zolaqlarının ləğvi qərarı verilib. Düşünürəm ki, yeni reallıqda ciddi təhlillər aparılıb. Əgər sıxlıq varsa, avtobus zolaqlarının yenidən təşkili və həmin hissədə avtobusların çox keçdiyini nəzərə alsaq, daha uzun platformalı dayanacaqların qurulması vacibdir. Bu da həm burdan keçən avtobusların zamanına, həm də minib-düşmənin ümumi dövriyyəyə təsirinə birbaşa təsir göstərir”.//sfera.az