Avtobusla maşın toqquşdu – sərnişin öldübackend

Avtobusla maşın toqquşdu – sərnişin öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, qəza sentyabrın 10-da saat 8 radələrində qeydə alınıb.

Qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.

Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Pirallahı RPİ tərəfindən araşdırma aparılır.