Binəqədidə yük və minik maşınları toqquşdu – Ölən varbackend

Binəqədidə yük və minik maşınları toqquşdu – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.