Azərbaycan deputatı İrana gedir – Terrordan sonra ilk səfərbackend

Azərbaycan deputatı İrana gedir – Terrordan sonra ilk səfər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov Asiya Parlament Assambleyasının tədbirlərinə qatılmaq üçün iyulun 10-da İranın Tehran şəhərinə səfər edəcək.

Bu barədə NOCOMMENT.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputat səfər çərçivəsində Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək.

Səfər iyulun 12-də başa çatacaq.