Azərbaycan Ermənistanı sülhə məcburetmə variantından istifadə etməlidirbackend

Azərbaycan Ermənistanı sülhə məcburetmə variantından istifadə etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan öz sərhədlərinin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün “bufer zona” yaratmağa məcburdur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri report-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov deyib.

O, Ermənistanın təxribatlarının kökünü kəsmək üçün başqa variant da təklif edib: “Təcili olaraq Laçın dəhlizinə yeni çəkilən alternativ yolda Azərbaycan hərbçilərinin sərhəd məntəqəsi qurulmalı və Azərbaycan o yolu nəzarətə götürməlidir. İlana ağı verən kərtənkələyə inanmaq olmaz. Cinayətkarların hamısı Azərbaycan ərazisindən süpürülüb çıxarılmalıdır”.

Deputat vurğulayıb ki, ermənilərin təxribatlarının məqsədi onlara havadarlıq edən qüvvələrin diqqətini cəlb etmək və onları Azərbaycana qarşı qaldırmaqdır: “Azərbaycan isə öz ərazilərinin və əhalisinin təhlükəsizliyini qoruyur. Bu günə qədər ermənilərin təxribatları dayanmayıb, bundan sonra da dayanmayacaq. Azərbaycan Ermənistanı sülhə məcburetmə variantından istifadə etməlidir.

Yəni hərbi gücünü tətbiq edib düşməni susdurmalı və məcbur etməlidir ki, düşmən sülh üçün yalvarsın, himayədarları isə bizə minnətçi olsunlar. Çünki biz xahiş yox, diqtə edirik”.