Xankəndi yolunu nəzarətə götürsək, ermənilər sülhə məcbur olacaqbackend

Xankəndi yolunu nəzarətə götürsək, ermənilər sülhə məcbur olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin itkisi 400 nəfərdən artıqdır. Canlı itkilərdən başqa təxribat törətdikləri ərazilərdə gələcəkdə bizə təhlükə törədə biləcək nə qədər məntəqələri varsa, dağıdılıb. Çox sayda hərbi texnikalar, silah-sursat anbarları məhv edilib.

Bu, Azərbaycan Ordusunun gücündən xəbər verir. Bir daha ermənilərə sübut olundu ki, Azərbaycana qarşı atdıqları hər bir təxribat addımı onlara ağır başa gələcək”.

NOCOMMENT xəbər verir ki, bu sözləri modern-ə Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilər təxribatlar törədərək Azərbaycan Ordusunu cavab tədbirləri görməyə məcbur edir: “Bir sıra beynəlxalq qurumların, dövlətlərin vasitəçiliyi ilə müvəqqəti atəşkəs elan olunub. Amma ermənilərin vədlərinə əməl etməyi inandırıcı deyil. Ermənilər heç vaxt sülhü başa düşməyiblər, düşmək də istəmirlər. Son nəticədə biz erməniləri sülhə məcburetmə addımlarından istifadə edəcəyik. Onları ancaq dəmir yumruq altında sülhə məcbur etmək olar. Dinc şəraitdə ermənilər indiyə qədər heç nəyə razılaşmayıblar.

Xankəndində separatçı qurum mövcuddur. Bu gün də Azərbaycan ərazisində işğalçı Ermənistana məxsus qanunsuz erməni silahlı birləşmələrinin tör-töküntüləri qalmaqdadır. Belə olan şəraitdə dayanıqlı sülhdən danışmaq qeyri-mümkündür. Terrorçular ərazilərimizdən təmizlənməli, cinayətkarlar cəzalarına çatmalıdır”.

Ermənilərin Xankəndiyə gediş-gəlişləri məsələsinə də toxunan Elman Məmmədov hesab edir ki, həmin yola ruslar yox, Azərbaycan sərhədçiləri nəzarət etməlidir: “Ermənilərin istifadəsindəki yolda rus hərbi kontingenti onların təhlükəsiz gediş-gəlişini təmin edir. Bu, 10 noyabr üçtərəfli sənəddə belə qeyd edilib. Sənəddə rus hərbçisinin Azəbaycanın sərhədlərinə cavabdehliyi haqqında heç nə yoxdur.

Həmin yolda Azərbaycanın sərhəd-keçid məntəqəsi olmalıdır. Ərazilərimizə kim girib-çıxırsa biz nəzarət etməliyik. Müəyyən səbəblər ucbatından hələlik yola nəzarətimiz yoxdur. İstənilən silahlı, terrorçu, separatçı əcnəbi oradan keçib, Xankəndiyə gedir. Bu, qətiyyən qəbul edilməməlidir. Biz həmin yolu nəzarətə götürsək, ermənilər məcbur olub sülhə gələcəklər.

Ermənilər Naxçıvanla əlaqəmizə mane olursa, biz də onların Xankəndiyə gediş-gəlişinə mane olmalıyıq. Güzəştlər qarşılıqlı olmalıdır. Zəngəzur dəhlizi açılmırsa, Laçın dəhlizi də bağlanmalıdır”.

Deputat sentyabrın 13-də sərhəddə erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət dilədiyini, yaralılarımıza şəfa arzuladığını qeyd edib.