Azərbaycan Karate Federasiyasından indi deyil, 3 il öncə ayrılmışam – Elnur Camalxanovbackend

Azərbaycan Karate Federasiyasından indi deyil, 3 il öncə ayrılmışam – Elnur Camalxanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun müşaviri Elnur Camalxanov əslində 3 il öncə, yəni 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarından bir qədər sonra iş yerindən ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə redaksiyamıza məlumat verən Elnur Camalxanov başqa bir sahədə fəaliyyətini davam etdirməsi səbəbi ilə iş yerini dəyişdiyini və bu hadisənin 3 il öncə baş verdiyini söyləyib.

“Məndən bu məsələyə münasibət öyrənən media nümayəndəsi isə nədənsə 3 il öncə baş vermiş mənim iş yerimi dəyişmə xəbərini yeni bir hadisə kimi gündəmə gətirib. Ən xoşagəlməz və qeyri-etik olan isə mənim Gəncənin sabiq İcra Başçısı olan Elmar Vəliyevin oğlunun dostu olaraq ictimaiyyətə təqdim edilməyimdir. İnsanların şəxsi həyatı və şəxsi münasibətlərini peşəkar fəaliyyətindən önə çəkilməsini isə qeyri-peşəkarlıq kimi dəyərləndirirəm”.

E.Camalxanov hazırda özəl bizneslə məşğul olduğunu, yeni yaratdığı idman klubunda çalışdığını bildirib.

Qeyd edək ki, Elnur Camalxanovun 3 il öncə iş yerindən ayrılma xəbəri bu gün ölkə mətbuatında eyni zamanda Gəncənin sabiq İcra Başçısı olan Elmar Vəliyevin oğlunun dostu olaraq gündəmə gətirilmişdi.