Azərbaycan kəndində tutulan ermənilər azadlığa buraxıldıbackend

Azərbaycan kəndində tutulan ermənilər azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar.

NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı”nı Feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə sərbəst buraxılıblar.

Qeyd edək ki, ötən gün Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar. Onların əraziyə qanunsuz girdikləri üçün saxlanıldıqları açıqlanıb.