Azərbaycan Köçəryan və Sərkisyanı İrəvandan tələb edə bilər – AÇIQLAMAbackend

Azərbaycan Köçəryan və Sərkisyanı İrəvandan tələb edə bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Robert Köçəryan və Serj Səkisyanı Ermənistandan tələb eləyə bilərik. İndi birinci növbədə Azərbaycanda onlara cinayət işi başlanmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu redaktor.aza açıqlamasında hüquqşunas Əsabəli Mustafayev Xocalı qatilləri Robert Köçəryan və Serj Səkisyanın həbs olunub-olunmayacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, onlar o cinayəti Azərbaycan ərazisində törədiblər və Azərbaycan vətəndaşı olublar:

“Digər ölkənin vətəndaşı olmayıblar. İndi onlar özləri üçün dırnaqarası respublika yaradıblar. Ancaq heç kim tərəfindən tanınmayıb. Yəni onlar heç bir ölkənin vətəndaşı deyillər. Ancaq formal olaraq Azərbaycan vətəndaşı qalırlar. Ona görə də onlara qarşı cinayət işi qaldırıb, İnterpola vermək olar və onları Ermənistandan tələb etmək üçün hüquqi əsaslarımız var. Ola bilsin ki, bu, böyük nəticə verməsin. Ancaq hər halda o adamlar haqqında narahatçılıq yaranacaq. Məsələn, İnterpola verilsə, onların ölkədən çıxışına özləri qorxa bilərlər ki, artıq hardasa saxlanıla bilərlər. Bu da həmin adamların rahat, şən həyatını pozmaq üçün hüquqi addımdır. Güman edirəm ki, yaxın zamanlarda onlar haqqında cinayət işinin başlanmasını eşidəcəyik”.