Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar?backend

Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan pasportu ilə dünyanın 32 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə (hava limanında) viza alaraq səfər etmək mümkündür.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat məşhur “Arton Capital” şirkətinin 2024-cü ilin ilk günlərində açıqladığı “Pasport indeksi”ndə yer alıb.

Açıqlanan məlumatda qeyd olunur ki, Azərbaycan pasportu öz “gücünə” görə dünyada 61-ci sırada yer alıb.

Qeyd edək ki, milli pasportların “gücü” vizasız və sərhəddə viza almaq şərtiylə səfər edilən ölkələrin sayı ilə ölçülür.

Məsələn, “Pasport indeksi”nə görə hazırda dünyanın ən “güclü” pasportu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu hesab edilir. BƏƏ pasportuna sahib olan şəxslər dünyanın 132 ölkəsinə vizasız, 48 ölkəsinə isə sərhəddə viza alaraq səfər edə bilərlər. BƏƏ pasportu olanlar cəmi 18 ölkəyə əvvəlcədən viza alaraq getməlidirlər.

Region ölkələri “Pasport indeksi”ndə aşağıdakı mövqelərdə qərarlaşıblar:

“Pasport indeks”nə görə ən “güclü” və ən “zəif” pasportların ilk 5-liyinə aşağıdakı ölkələr daxil olub:

Onu da qeyd edək ki, Azərbaycan pasportu ilə aşağıdakı ölkələrə vizasız və ya sərhəddə viza almaq şərtiylə səfər etmək mümkündür: