Azərbaycan psixoloqları zəlzələ bölgəsində yardım göstərirbackend

Azərbaycan psixoloqları zəlzələ bölgəsində yardım göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan psixoloqları Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir.

Bu barədə NOCOMMENT.az-a FHN-dən bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var. Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub. Psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.